Modern.az

“Şərq” 27 yaşını tamamlayır

“Şərq” 27 yaşını tamamlayır

Media

31 Oktyabr 2023, 13:57

Sabah Azərbaycanın ilk populyar, müstəqil qəzetləri sırasında indiyədək mövqeyini qoruyub saxlamağa calışan “Şərq” qəzetinin 27 yaşı tamam olur.

Modern.az-ın məlumatına görə, mətbuata cox sayda peşəkar imzalar bəxş edən, fərqli mövqe nümayiş etdirməyə çalışan və cox zaman da buna nail olan “Şərq”in sabah 5960-cı sayı işıq üzü görəcək.

“Şərq” məktəbini keçən onlarla həmkarımız bu gün də müxtəlif media orqanlarında fəaliyyətini davam etdirir, dövlət strukturlarında, ictimai sektorda, biznes strukturlarında çalışır.

Həmkarlarımızı 27 yaş münasibətilə təbrik edir və günəşin həmişə "Şərq"dən doğmasını arzu edirik.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü