Modern.az

Rəsmi Moskvadan Paşinyan-Əsədov görüşünə REAKSİYA

Rəsmi Moskvadan Paşinyan-Əsədov görüşünə REAKSİYA

Media

2 Noyabr 2023, 15:40

Moskva Ermənistanla Azərbaycan arasında gərginliyin azalmasına gətirib çıxara biləcək təmasları alqışlayır.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə Tbilisidəki Paşinyan-Qaribaşvili-Əsədov görüşünü şərh edərkən bildirib.

Xatırladaq ki, oktyabrın 26-da Tbilisidə üç ölkənin baş nazirlərinin üçtərəfli görüşü keçirilib. Nikol Paşinyan, İrakli Qaribaşvili və Əli Əsədov arasında danışıqlar bir neçə saat davam edib.

Moskvanın mövqeyini ifadə edən Zaraxova vurğulayıb ki, 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli sazişlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün yol xəritəsi olaraq qalır.

"Bura ölkələr arasında sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin demarkasiyası, vətəndaş cəmiyyəti səviyyəsində dialoq və s. daxildir", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Onun sözlərinə görə, Moskva Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazıerdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü