Modern.az

Azərbaycan nefti 1 dollar ucuzlaşdı

Azərbaycan nefti 1 dollar ucuzlaşdı

15 Fevral 2024, 09:24

"Azeri Light" markalı Azərbaycan nefti 1 dollar aşağı düşüb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,08 % azalaraq 86,95 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı