Modern.az

Nazir məktəblərdəki neqativ hadisələrdən danışdı: Araşdırırıq!

Nazir məktəblərdəki neqativ hadisələrdən danışdı: Araşdırırıq!

29 Fevral 2024, 15:24

Son dövlərdə məktəblərdə baş verən neqativ halları araşdırırıq. 

 

Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mediaya açıqlaması zamanı deyib.

 

O qeyd edib ki, neqativ hadisələr müxtəlif səbəblərdən baş verə bilər:

 

"O cümlədən, bədbəxt hadisələr, müəllim və şagirdlər arasındakı münasibətlərdən, şagirdlər arasındakı münasibətlərdən, və sair səbəblərdən baş verə bilər. Bizim müşahidəmiz bundan ibarətdir ki, hadisə baş verəndə uşaq qalır bir tərəfdə diqqət cəzalara yönəlir. Biz dövlət qurumuyuq. Biz kimlərinsə arzu və istəkləri ilə fəaliyyət göstərmirik. Bu və ya digər hadisənin cinayət olub-olmamasını müəyyən edən hüquq-mühafizə orqanı və məhkəmədir".

 

Nazir şagirdlər arasında baş verən neqativ halların videoya çəkilərək müəllimlərin üzərinə məsuliyyət yüklənməsini düzgün olmadığını qeyd edib:

 

“Burada ilk olaraq belə halların baş verməməsi üçün nə etməli olduğumuzu düşünməliyik. Belə hallarda vaxtında polisə müraciət etmək lazımdır. Məktəbdə hadisə olubsa, valideyn əsasən 1 həftə ərzində bunu bilməlidir. Bu hadisələr gizlədilməməlidir. Eyni zamanda, bu hadisələrin müzakirəsi zamanı müəllimi gözdən salmamalıyıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir