Modern.az

Müxlif partiyalardan minlərlə adam AKP-nin sıralarına qatıldı

Müxlif partiyalardan minlərlə adam AKP-nin sıralarına qatıldı

22 Mart 2024, 14:28

Qardaş Türkiyədə bələdiyyə seçkilərinin keçirilməsinə 10 gündən az qaldığı bir  vaxtda  diqqətçəkən hadisə yaşanıb.

 

Modern.az xəbər verir ki, Antalyada partiyalarını tərk edən minlərlə insan  hakim Ədalət və İnkişaf Partiyasının(AKP) sıralarına qatılıb.

 

Cümhuriyyət Xalq Partiyası(CHP)  İYİ Partiya, Səadət Partiyası və DEVA Partiyasından ayrılanların da olduğu 7841 nəfərə döş nişanı taxma mərasimi keçirilib.

 

Mərasimdə çıxış edən AKP-nin Antalya millət vəkili Mövlud Çavuşoğlu partiyasına marağın gündən-günə artdığını bildirib.

 

"Antalyalıların dəstəyi ilə Böyükşəhər Bələdiyyə Başçı namizədimiz Hakan Tütüncü və 19 mahalda Xalq Birlik namizədlərimiz vəzifəyə gələcək. Beləliklə, onlar layihələrini bir-bir həyata keçirəcəklər. Antalya ideologiyasından asılı olmayaraq bu layihələrə dəstək verəcək. Durğunluq dövrünü başa çatdıracağıq. Antalyanın qızıl dövrü başlayır”,-Çavuşoğlu deyib.

 

Çavuşoğlu gecə-gündüz çalışan təşkilat üzvlərinə də təşəkkür edib və partiyanın yeni üzvlərini təbrik edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!