Modern.az

Daha bir cüdoçumuz FİNALDA

Daha bir cüdoçumuz FİNALDA

İdman

31 Mart 2024, 15:30

Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

 

Modern.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov həlledici raunda vəsiqə qazanıb.

 

Bu gün tatamiyə çıxan Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal şanslarını itiriblər.

 

Qeyd edək ki, turnirdə daha əvvəl Azərbaycanın 6 cüdoçusu qüvvəsini sınayıb. Yalnız Rəşid Məmmədəliyev finalfa uduzaraq (73 kq) gümüş medal qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir