Modern.az

29 nəfərin öldüyü yanğına görə 9 nəfər tutuldu 

29 nəfərin öldüyü yanğına görə 9 nəfər tutuldu 

5 Aprel 2024, 22:59

Aprelin 2-də İstanbulda yerləşən binanın zirzəmi qatında baş verən yanğın faciəsi ilə bağlı doqquz nəfər həbs edilib.

 

Modern.az xəbər verir ki, yanğının meydana gəldiyi binanın zirzəmisində fəaliyyət göstərən gecə klubu ilə bağlı araşdırma davam edir. Həbs edilənlər arasında əyləncə mərkəzinin məsul şəxsləri də var.

 

Xatırladaq ki, aprelin 2-də İstanbuldakı 16 mərtəbəli binanın zirzəmisində yerləşən gecə klubunda baş verən yanğında 29 nəfər həlak olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…