Modern.az

Bu il 11 mindən çox şəxsə əlillik təyin olunub

Bu il 11 mindən çox şəxsə əlillik təyin olunub

Ölkə

8 Aprel 2024, 09:56

Bu ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 11,5 min şəxsə əlillik təyin edilib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, onlardan 5,6 mininə ilkin, 5,9 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

 

Son üç ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 24,8 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir