Modern.az

Prokurorluq dəm qazından boğulan ər-arvadla bağlı MƏLUMAT YAYDI

Prokurorluq dəm qazından boğulan ər-arvadla bağlı MƏLUMAT YAYDI

Aktual

9 Aprel 2024, 17:46

Aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Lənkəran Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!