Modern.az

Bu il büdcə təşkilatlarında işləyənlərin əmək haqları, pensiyalar artacaq

Bu il büdcə təşkilatlarında işləyənlərin əmək haqları, pensiyalar artacaq

Təhsil

30 Aprel 2010, 09:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Salyana səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. İlham Əliyev çıxışında bildirib ki, ölkə vətəndaşlarının problemlərini həll edilməlidir: “Xüsusilə büdcə təşkilatlarında işləyənlərin əmək haqlarını, pensiyaçıların pensiyalarını artırmaq üçün bizdə imkanlar var və bu il bu artım gözlənilir”. Prezidentin sözlərin görə, elə edilməlidir ki, insanların minimum məvacibi, minimum pensiyası onun gündəlik tələbatının ödənilməsinə imkan versin. ”Mən istəyirəm ki, ümumiyyətlə Azərbaycanda yoxsul və işsiz olmasın. İndi biz işsizliyin böyük hissəsini böyük şəhərlərdə həll etmişik. İndi xaricdən böyük şəhərlərə iş dalınca gəlirlər. Ancaq bölgələrdə hələ ki, işsizlik problemləri vardır. Əvvəlki illərdə bölgələrdən başqa ölkələrə işləmək üçün gedirdilər, bu gün Bakıya gəlirlər. Bu, əlbəttə ki, böyük bir addımdır. Amma elə etməliyik ki, ölkədə kifayət qədər iş yerləri olsun, insanlar bölgələrdə işləsinlər”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü