Modern.az

İran İsrailin hansı obyektini vurduğunu ELAN ETDİ

İran İsrailin hansı obyektini vurduğunu ELAN ETDİ

Aktual

14 Aprel 2024, 13:20

“İran İsrailə qarşı uğurlu əməliyyat keçirdi, raketlər və pilotsuz təyyarələr yəhudi dövlətinin raket əleyhinə müdafiə sistemlərini üstələdi”.

Modern.az Press TV-yə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Hüseyn Səlami bəyan edib.

“Biz bilirik ki, əməliyyatımız gözləniləndən daha uğurlu alınıb. İsrailin istənilən təcavüzünə cavabımız daha sərt olacaq”, - deyə general bildirib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri isə deyib ki, İsrailə qarşı vəd olunmuş əməliyyat həyata keçirilib. O, əməliyyatın adının "Vədə sadiq" olduğunu bildirib.

“İran İsrailə qarşı əməliyyatını başa çatdırıb, lakin lazım gələrsə, növbəti əməliyyatlara hazırdır”,- Məhəmməd Baqiri deyib.

General Baqiri daha sonra qeyd edib: “Düşünülmüş taktika və diqqətli planlaşdırma sayəsində nə “Dəmir qübbə” müdafiə sistemi, nə də İsrailin raket əleyhinə müdafiəsi bu əməliyyata əhəmiyyətli dərəcədə müqavimət göstərə bildi. Əməliyyat məqsədlərinə çatdı”.

Onun sözlərinə görə, əməliyyatın hədəfi İsrailin hərbi əməliyyatlar üçün informasiya verən kəşfiyyat mərkəzi olub.

İsrail tərəfi isə İranın ötən gecə atdığı 300-dən çox pilotsuz təyyarə, qanadlı və ballistik raketlərin əksəriyyətinin zərərsizləşdirildiyini bəyan edib, 1 nəfərin yaralandığını, bir hərbi bazanın cüzi zərər çəkdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!