Modern.az

Ədliyyə Nazirliyində yeni TƏYİNATLAR

Ədliyyə Nazirliyində yeni TƏYİNATLAR

Aktual

17 Aprel 2024, 12:16

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Həsənova nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

 

Bu barədə Modern.az-a Ədliyyə Nazirliyindən bildirilib.

 

Məlumata görə, bundan əvvəl, Ə.Həsənov Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.

 

Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qəzadan sonra bir saat sağ qalan kim olub?