Modern.az

Ötən gün 19 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb

Ötən gün 19 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb

Aktual

24 Aprel 2024, 10:36

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 23-də ümumi çəkisi 19,2 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, narkotik vasitələrdən 9,4 kiloqramdan çox heroin, 5,4 kiloqramdan artıq marixuana, 4,3 kiloqramdan çox metamfetamin dövriyyədən çıxarılıb.

 

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi