Modern.az

Narkotikə görə daha bir nəfər tutuldu

Narkotikə görə daha bir nəfər tutuldu

Aktual

27 Aprel 2024, 09:30

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şahhüseynli kənd sakini Asif Eminov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxsdən heroin aşkarlanıb.

 

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, A.Eminov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi