Modern.az

Çempionlar Liqasında ikinci yarımfinal: almanlar fransızları məğlub etdi

Çempionlar Liqasında ikinci yarımfinal: almanlar fransızları məğlub etdi

İdman

2 May 2024, 08:57

Ötən axşam UEFA Çempionlar Liqasında yarımfinalın ikinci oyunu keçirilib.

Modern.az xəbər verir ki, Dortmund "Borussiya"sı PSJ-ni qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdəki yeganə qolu isə 36-cı dəqiqədə Nikolas Fülkruq vurub.

Xatırladaq ki, yarımfinalın ilk matçında "Bavariya" (Almaniya) "Real"la (İspaniya) heç-heçə edib - 2:2.

Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 7-8-də olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi