Modern.az

İrəvanda vəziyyət gərginləşdi - Keşiş Milli Təhlükəsizlik Xidmətinə çağırıldı

İrəvanda vəziyyət gərginləşdi - Keşiş Milli Təhlükəsizlik Xidmətinə çağırıldı

Aktual

8 May 2024, 17:58

Erməni Apostol Kilsəsinin kansleriya rəhbəri arxiyepiskop Arşak Xaçatryan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Səbəb arxiyepiskop Arşak Xaçatryanın fəaliyyəti, hakimiyyət əleyhinə sərt mövqeyi, tənqidi çıxışları, müsahibələri göstərilir.

Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bütün ermənilərin katolikosu II Qaregin hakimiyyətə qarşı etiraz hərəkatına rəhbərlik edib. O, kilsəni müharibəyə başlamaq istəməkdə günahlandırıb və hərəkatda xarici izə eyham vurub.

Xatırladaq ki, erməni kilsəsinin dəstəklədiyi etirazçılar sabah - mayın 9-da İrəvandakı Respublika meydanında ümumxalq mitinqi keçirməyi planlaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi