Modern.az

Keşlə bazarı sökülür? - AÇIQLAMA

Keşlə bazarı sökülür? - AÇIQLAMA

8 May 2024, 23:11

Bir neçə gündür Keşlə bazarının söküləcəyinə dair xəbərlər yayılır. Məlumata görə, yeni salınan yolun bu ərazidən keçməsi planlaşdırılır.

 

Modern.az xəbər verir ki, məsələyə Nərimanov Rayon İcra Hakimiyyəti münasibət bildirməyib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə İctimai TV-yə bildirilib ki, hazırda tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. Tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. İşlər yekunlaşandan sonra bu barədə dəqiq nəsə demək olar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi