Çin hökuməti uşaq bağçalarında, orta məktəblərdə, eləcə də texniki peşə məktəblərində siqaret çəkilməsini qadağan edib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, müvafiq sənədi bu gün ölkənin Təhsil Nazirliyi açıqlayıb. Bu təhsil müəssisələrində yeni qadağa ilə bağlı xüsusi işarələr olacaq.
Bundan əlavə, siqaret çəkənlər üçün xüsusi otağın təşkil edilməsinə də icazə verilmir. Məktəblərdə bu qadağaya nəzarət etmək üçün xüsusi müfəttişlər də olacaq. Digər bir qadağaya görə, uşaq bağçalarının və məktəblərin rəhbərləri tütün brendlərindən sponsor yardımı almayacaq, yaxud onların reklamını yerləşdirməyəcək. Təhsil müəssisələrinin ərazisində yerləşən mağazalarda siqaret satışına da qadağa qoyulacaq.