Modern.az

Gəlin toyda bəyi zəhərləyib öldürdü

Gəlin toyda  bəyi zəhərləyib öldürdü

Dünya

12 Aprel 2014, 11:42

Nigeriyada növbəti nikah faciə ilə nəticələnib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, həddi-buluğa çatmayan 14 yaşlı gəlin siçan zəhəri ilə sevmədiyi 35 yaşlı kişini və üç qonağı öldürüb. Unqar-Yansoro kəndindən olan gəlin Vasilu Umaru zorakılıqla ərə veriblər. Polisini həbs etdiyi qız həü şeyi boynuna alıb. O deyib ki, sevmədiyi Umaru Sani ilə nikaha girmək istəməyib. Bu səbəbdən yerli bazardan zəhər alaraq toydakı yeməyə qatıb. Zəhərlənən bəy və daha üç nəfər həmin gün ölüblər. Həkimlər daha 10 nəfərin həyatını xilas ediblər.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?