Modern.az

Yerevanda Gömrük İttifaqı əleyhinə aksiya keçirilib

Yerevanda Gömrük İttifaqı əleyhinə aksiya keçirilib

Təhsil

3 Sentyabr 2014, 16:35

Bu gün Yerevanın mərkəzində Ermənistanın Gömrük İttifaqına üzv olmasına razılıq verməsinin  ildönümü ilə bağlı aksiya keçirilib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, şəhərin Azadlıq meydanı səmtindən başlanan aksiya prezident iqamətgahına qədər davam edib. “Barev,Yerevan” fraksiyasının təşkil etdiyi aksiyada iştirakçılar “No Putin, no cry”, “Go home Putin, you are drunk” kimi plakatlarla prezident Serj Sərkisyanın iqamətgahı önündə toplaşıblar. Etirazçılar baş nazir Dmitri Medvedevin Ermənistana səfər etdiyi zmaan aksiya keçirmək istədiklərini bildirsələr də, səfərin təxirə düşməsi səbəbindən aksiyanı sentyabrın 3-də keçirmək qərarına gəliblər. Bundan başqa, Rusiyanın Ermənistanın siyasi və iqtisadi həyatındakı hegemonluğuna qarşı mübarizə aparan siyasi məhbuslar Şant Arutunyan və onun tərəfdarlarının azad olunması tələb olunub. Aksutada Arutunyanın həyat yoldaşı Ruzanna Badalyan, “Asbarez” juranlistlər klubunun ictimai şurasının sədri Levon Barseqyan və başqalrı da iştirak ediblər. Aksiyanin sonunda Ermənistanın Gömrük İttifaqına qoşulması prosesinin dayandırılmasını tələb edən bəyanat qəbul olunub.


 

Modern.az      

 
Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü