Modern.az

Avropa ölkələrində nə qədər məhbus var? – SİYAHI

Avropa ölkələrində nə qədər məhbus var? – SİYAHI

12 Fevral 2015, 21:57

 


Avropa Şurasının maliyyələşdirdiyi “Space 1” layihəsi Avropa Şurasına üzv ölkələrdə hər 100 min nəfər sakinə düşən məhbus sayını açıqlayıb.  

Modern.az xarici mətbuata istnadən xəbər verir ki, 2013-cü ilin statistikasına əsasən Azərbaycanda hər 100 min nəfərə 217 məhbus düşür.  

Bu göstərici ilə ölkəmiz Avropa ölkələri arasında 6-cı yeri tutur. Hər 100 min sakininə 475 məhbus düşən Rusiya Avropada ən çox məhbusun olduğu ölkələrin siyahısına başçılıq edir. Ukrayna isə (100 min nəfərə 324 məhbus) ikinci pillədə qərarlaşıb. Sonraki pillələrdə Litva (324), Latviya (257), Estoniya (247) və Polşa (205) gəlir.

Ən aşağı göstəricilər isə Xorvatiya (102), Avtriya (104), İtaliya (108), Belçika (113) və Fransadadır (119).

Modern.az  



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!