Modern.az

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiya SİYAHISINI açıqladı

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiya SİYAHISINI açıqladı

Dünya

16 Fevral 2015, 13:08

Avropa Birliyi Ukrayanın cənub-şərqində silahlı toqquşmalara görə 19 nəfərdən ibarət yeni sanksiya siyahısını açıqlayıb. Modern.az xarici mətbuata isitnadən xəbər verir ki, 19 nəfərdən ibarət sanksiya siyahısına – “Donetsk Xalq Respublikası”nın hərbi qüvvələrinin komandir müavini Eduard Basurin, SSRİ və Rusiya parlamentlərinin deputatı, müğənni İosif Kobzon, Dövlət Dumasının deputatı Valeri Raşkin yer alıb. Siyahıdakı digər adlar Donetsk və Luqansk separatçılarının müxtəlif rütbəli məmurlarından ibarətdir. Bundan başqa,  “Novorossiya” ictimai təşkilatı da Avropa Birliyinin sanksiya siyahısındadır.

Sanksiyalar fevralın 9-da qüvvəyə minməli olsa da, Avropa Birliyi rəhbərliyi Minsk danışılqlarına mənfi təsir göstərməmək üçün sanksiyaları fevralın 16-dan başlayaraq elan etdilər.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!