Modern.az

Qarabağda gərginlik: “Müxaliflər” Bako Saakyanı diktator adlandırdı

Qarabağda gərginlik: “Müxaliflər” Bako Saakyanı diktator adlandırdı

15 Aprel 2015, 15:47

Mayın 3-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ torpaqlarında keçiriləcək qondarma seçkilərlə bağlı “yerli sakinlər” etiraz bildirib.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, ötən il yaranan və “seçki proqramı”nda separatçı Bako Saakyan rejimini tənqid edən “Milli Dirçəliş Partiyası” təzyiqlərdən şikayətlənib. “Partiya”nın üzvləri bu təzyiqlərə nümunə olaraq Xankəndidə icarəyə götürdükləri və “partiya”nın qərargahı kimi istifadə etdikləri məkanın sahibinə təzyiqlərin göstərilməsindən danışıblar.

“Yaşayış sahəsinin sahibi bu gün bizə təhlükəsizlik qüvvələrinin ona təzyiq göstərdiyini deyib. Onu xəbərdar ediblər ki, əgər yaşayış sahəsini “Milli dirçəliş”ə icarə verməyə davam edərsə, onu və yaxınlarını problemlər gözləyir”, - təşkilat liderlərindən Tiqran Qriqoryan deyib. “Partiya”nın daha bir üzvü Suren Qazaryan isə “deputat”lığa namizədliyin geri götürməsə, öldürüləcəyi ilə hədələnib.

Separatçı rejimi diktatura adlandıran “Milli Dirçəliş Partiyası” baş verənlərdə “Qarabağ rejimi”nin lideri Bako Sakayan və “təhlükəsizlik xidməti”nin rəhbəri Arşavir Qayramyanı ittiham ediblər.   

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü