Modern.az

Xarici donorlar seçki layihələrinə pul ayırmaqdan imtina edirlər

Xarici donorlar seçki layihələrinə pul ayırmaqdan imtina edirlər

24 Sentyabr 2010, 12:16

Azərbaycanda fəaliyyət göstərən tanınmış hüquq müdafiə təşkilatları parlament seçilərini müşahidə etməyəcəklər. Bu barədə Modern.az-a Dilarə Əliyeva adına Qadın Hüquqları Mərkəzinin rəhbəri, Novella Cəfəroğlu bildirib. Onun sözlərinə görə, donor təşkilatları seçkilərin monitorinqi üçün təklif olunan layihələri maliyyələşdirməkdən imtina ediblər.

“Seçkilərin müşahidəsi ilə bağlı monitorinq qrupu yaradılmayacaq. Bunun  üçün pul yoxdur. Görünür xarici donorlar seçkilərin sakit keçirilməsinə üstünlük veriblər. Bizim monitorinq qrupunin hesabatları həmişə obyektiv olub və səs-küy yaradıb”-deyən N.Cəfəroğlu bildirib. O, deyib ki, bu il daha çox öz təşəbbüsləri ilə ayrı-ayrı dairələr üzrə müşahidələr aparacaqlar.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!