Modern.az

Özbəkistanda hicablı qadınları küçələrdən yığıb, soyundururlar

Özbəkistanda hicablı qadınları küçələrdən yığıb, soyundururlar

Dünya

12 İyun 2015, 16:41


Özbəkistanın güc strukturları ölkənin paytaxtı Daşkənddə hicablı  qadınlara qarşı kampaniya başladıblar. Modern.az bildirir ki, “Azadlıq” radiosunun Özbəkistan redaksiyasına məlumat verən mənbənin sözlərinə görə, İslam paltarında olan qadınlar iyunun 12-də “Kuylik” bazarının yanında saxlanılıblar. Mənbə qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təzyiq göstərən qadınları saçlarından tutub sürüyərək avtomobilə otuzdurublar.

 “Heç kim onları müdafiə etmədi. Özünüz bilirsiniz, həmin şəxsləri də tutub aparardılar”, - prosesin şahidi olan paytaxt sakinlərindən biri belə deyib.

Daşkəndin daxili işlər idarəsindəki mənbə bəyan edib ki, hicablı qadınların saxlanılması məqsədilə bir neçə xüsusi qrup yaradılıb, həmin qrupa milisin müxtəlif bölmələrinin əməkdaşları daxildirlər:

“Onlar hicablı qadınları saxlayıb Daxili İşlər Nazirliyinin rayon bölmələrinə aparırlar. Hicabı dərhal soyunmağa razılaşan qadınlar söhbət edildikdən sonra buraxılırlar. Hicabı soyunmaq istəməyənlər bölmədə saxlanılır və onlarla terrorçuluğa qarşı mübarizə bölməsinin əməkdaşları söhbət edirlər. Sonra yaxınları - ərləri, yaxud ataları çağırılır. Sonradan qalmaqallı şəkildə onları evə buraxırlar”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü