Modern.az

"Avro-2016"dan növbəti oyunlar - Almaniyadan “qol yağışı” - NƏTİCƏLƏR

"Avro-2016"dan növbəti oyunlar - Almaniyadan “qol yağışı” - NƏTİCƏLƏR

14 İyun 2015, 09:36



"Avro-2016"nın seçmə mərhələsində VI turun oyunları davam edir. D, F və İ qrupunda da növbəti oyunlar keçirilib.

İ qrupunda Portuqaliya millisi Erməistanın qonağı olub və rəqibini 3:2 hesabı ilə məğlub edib. Qonaqların heyətində Kriştiano Ronaldo het-trik edib.  Qrupun digər oyununda Danimarka Serbiyanı məğlub edib – 2:0.

F qrupunda Finlandiya öz meydanında  Macarıstana uduzub – 0:1. Şimali İrlandiya Rumıniyanı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb. Yunanıstan yığması isə səfərdə  Farer adalarına uduzub – 1:2. 

D qrupunda Gürcüstan millisi səfərdə Polşaya darmadağın olub – 0:4.  Son dünya çempionu Almaniya Cəbəllütariqlə üz-üzə gəlib. Yoahim Lövün komandası rəqibinə aman verməyib – 7:0.

İrlandiya - Şotlandiya matçında isə qalib müəyyənləşməyib -1:1.

***

Bu gün  C, E və G qruplarında oyunlar keçiriləcək.

C qrupunda son Avropa çempionu İspaniya səfərdə Belarusun qonağı olacaq.  Qrupun digər oyunlarında Slovakiya Makedoniyanı, Uktayna Lüksemburqu qəbul edəcək. 

E qrupunun lideri İngiltərə səfərdə Sloveniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrupdakı digər oyunlara gəlincə Estoniya San Marinonu, Litva  İsveçrəni qəbul edəcək.

G qrupunda ilk oyun Rusiyada keçiriləcək. Qonşu ölkənin yığması Avstriyanı qəbul edəcək. Digər oyunlarda isə Monteneqro İveçin, Moldova  Lixtenşteynin qonağı olacaq.
Modern.az 
Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir