Modern.az

Tunisdəki terroru tələbə törədib - FOTOLAR

Tunisdəki terroru tələbə törədib - FOTOLAR

27 İyun 2015, 10:31

İyunun 26-da Fransa və Küveytdəki hücumların ardından Tunis də terrora hədəf olub.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Tunisdəki turistlər üçün nəzərdə tutulan iki otelin çimərliyinə hücum edən silahlı təcavüzkar 39 adamı öldürüb. Polislə qarşıdurmada öldürülən Seyfeddin Yacoubi adlı 23 yaşındakı təcavüzkarın Tunisli bir tələbə olduğu bildirilir.

Tunisin səhiyyə nazirliyinin sözçüsü Şükrü Nutfi açıqlamasında deyib ki, hücumda aralarında Tunis, Almaniya, İngiltərə və Belçika vətəndaşlarının olduğu 39 adam həyatını itirib, 40 nəfər  isə yaralanıb.    

Yaralılardan 3-nün vəziyyəti isə ağırdır.    

Seyfeddin Yacoubi adlı 23 yaşındakı terrorçu tunisli tələbə elə hadisə yerində polislər tərəfindən məhv edilib.  

Tunisin yüksək səviyyəli təhlükəsizlik səlahiyyətlisi Refiq Çellinin sözlərinə görə, ölkənin mərkəzindəki Kayruan bölgəsindən gələn təcavüzkar üstündəki “Kalaşnikov” avtomatını çimərlik çətirinin altında saxlayaraq otelin ərazisinə girib və hovuzun olduğu hissədən keçərək çimərliyə çatana qədər rastlaşdığı insanları vurub.  

Çelli hücumun tək adam tərəfindən reallaşdırıldığının düşünüldüyünü də qeyd edib.


Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!