Modern.az

Dünyanın ən bahalı şəhərləri

Dünyanın ən bahalı şəhərləri

Dünya

19 Sentyabr 2015, 11:52

ABŞ-ın “UBS AG” bankı dünyada yaşamaq üçün ən bahalı şəhərlərin siyahısını dərc edib. Modern.az banka istinadən xəbər verir ki, İsveçrənin Sürix və Cenevrə şəhərləri reytinqin ilk pilləsində qərarlaşıblar.

Belə ki, bu şəhərlərdə yaşamaq üçün 3 nəfərdən ibarət ailə ayda 3600 dollar qazanmalıdır. Cenevrədə isə minimum yaşam şərtlərini ödəmək üçün 3500 dollar da bəs edir. 3-cü pillədə qərarlaşan Nyu-York 3340, London isə 2800 dollar aylıq qazanc tələb edir.

57-ci pillədəki Moskvada isə yaşayış xərcləri 2450 dollara bərabərdir. Bundan başqa, Kiyev və Sofiyada 1300 dollar, Dehli və Mumbaidə isə 1500 dollar minimum qazanca ehtiyac var.

Maraqlıdır, yaşam xərclərinin yüksək olduğu Sürixdə işçiyə saatda verilən əmək haqqı 41 dollar təşkil edir.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü