Modern.az

Biləsuvarda intihar edən rəisin 3 məktubu tapıldı

Biləsuvarda intihar edən rəisin 3 məktubu tapıldı

Təhsil

26 Sentyabr 2015, 18:39


Dünən Biləsuvarda özünü asan Biləsuvar Telekommunikasiya Qovşağının rəisi Ağayev İlkin Mirilham oğlunun intiharının digər təfərrüatları bəlli olub.

"Qafqazinfo"nun verdiyi məlumata görə, rəisin özünü asmasında bir sıra ilginc məqamlar var.

Həmin məlumatlara görə, rəis 35 yaşının tamam olduğu gün-doğum günündə canına qıyıb.

Belə ki, İlkin Ağayev qeyri-iş günündə işlədiyi idarəyə gələrək qarovulçudan açarları alıb. Vacib bir işinin olduğunu bildirən rəis içəri daxil olub və bir müddət sonra intihar edib.

Gecəyə qədər gözləyən qarovulçu rəisdən xəbər çıxmayınca işçilərə xəbər verib. Bundan sonra qapını sındıraraq içəri daxil olan işçilər rəislərinin içəridə asılmış vəziyyətdə olan meyitini aşkarlayıblar.

Ailəyə yaxın şəxslər bildiriblər ki, rəis intihardan əvvəl 3 məktub yazıb. Onlardan birini qardaşına ünvanlayıb və 3 övladını qardaşına əmanət edərək, onların qayğısına qalmağı xahiş edib.

İkinci məktub isə rayon prokurorluğuna yazılıb. Belə ki, rəis ölümündə heç kəsin günahkar olmadığını qeyd edib.

Məlumatlara görə, bu məktublardan daha əvvəl yazdığı məktubunu isə rəis parçalayaraq zibil qabına atıb. İlkin Ağayevin ölümünün əsl səbəbinin də məhz o cırılmış məktubda əks olunduğu deyilir.

Hazırda rayon prokurorluğunun əməkdaşları və ekspertlər həmin məktubun hissələrini birləşdirərək oxumağa cəhd edirlər.

Qeyd edək ki, 35 yaşlı İlkin Ağayev iki ay əvvəl rəis vəzifəsinə təyin olunub. Bundan əvvəl həmin idarədə baş mühasib işləyib. 3 azyaşlı uşaq atasıdır.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü