Modern.az

Nyu-Yorkda BMT-nin qərargahında Fələstinin bayrağı ucaldılıb

Nyu-Yorkda BMT-nin qərargahında Fələstinin bayrağı ucaldılıb

1 Oktyabr 2015, 00:07

Modern.az –ın  APA-ya istinadən verdiyi xəbərə görə, bayrağı Fələstin lideri Mahmud Abbas qaldırıb. 

“Bu tarixi bir andır. Sentyabrın 30-u Fələstin bayrağı günü olacaq”, deyə M.Abbas bildirib. 

BMT-nin baş katibi Pan Gi Mun deyib ki, bu gün bütün fələstinliləri üçün qürur günüdür. 

Qeyd edək ki, BMT Baş Assambleyası quruma üzv olmayan, lakin müşahidəçi statusuna malik olan dövlətlərin bayraqlarının qaldırılmasına dair qətnamə qəbul edib. 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…