Modern.az

Fransadan Putinə 3 şərt

 Fransadan Putinə 3 şərt

3 Oktyabr 2015, 00:22

Fransa və Rusiya prezidentləri – Fransua Olland və Vladimir Putin Parisdə Suriya münaqişəsini və Rusiyanın bu münaqişəyə cəlb olunmasını müzakirə ediblər. 

Modern.az Musavat. Com-a “istinadən xəbər verir ki, görüşün yekunu olaraq Fransa lideri Suriyada Rusiya ilə Fransanın əməkdaşlıq eləməsi üçün Putin qarşısında üç şərt qoyub: yalnız İŞİD və ya “əl Qaida” mövqelərinə zərbələr endirilməlidir (başqa heç bir hədəfə yox), dinc əhaliyə təhlükəsizlik zəmanəti verməlidir və Bəşər Əsəd keçid hökuməti yolu ilə istefaya göndərilməlidir.

Putinin  bu tələblərə hansı reaksiya verdiyi məlum deyil. 

Xatırladaq ki, Fransa ABŞ da daxil NATO-nun aparıcı dövlətlərini egidası altında İŞİD əleyhinə koalisiyaya daxildir. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!