Modern.az

Rusiyanın Suriya MÜDAXİLƏSİ: Nüvə müharibəsi başlayacaq – ŞOK

Rusiyanın Suriya MÜDAXİLƏSİ: Nüvə müharibəsi başlayacaq – ŞOK

3 Oktyabr 2015, 12:28

 


Rusiya Suriyada “İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı hava əməliyyatlarına başlayandan sonra Qərb siyasi çevrələri bu addımın xeyirli olmayacağını bəyan edirlər.

ABŞ prezidenti Barak Obama bildirib ki, Rusiyanın İŞİD hədəflərini bombalaması adı altında apardığı əməliyyatlar  elə bu adıçəkilən terror təşkilatını güclənməsinə xidmət edəcək.  

Bundan əvvəl isə yeddi ölkə - ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı Rusiya bombarbmançı təyyarələrinin səhvən mülki əhalini öldürməsini əsas gətirərək, Moskvaya qarşı birgə bəyanatla çıxış ediblər.  

Bir sözlə, Suriya münaqişəsi bununla da demək olar ki, özünün yeni mərhələsinə qədəm qoyur. Anti-İŞİD koalisiyası da, Rusiya da ekstremistləri hədəfə alır, amma ortada toqquşan siyasi maraqlar tərəflər arasında gərginlik yaradır.

Təcrübə göstərir ki, böyük güclər düşdüyü kritik vəziyyətdən çıxış yolu kimi müharibəni seçirlər. Hazırda da Rusiya bu vəziyyətdədir: Moskvaya qarşı tətbiq edilən sanksiyalar, iqtisadiyyatın inkişafdan qalması və s.

Bəs bu fonda Suriya münaqişəsinə görə supergüclər arasında yaranan gərginlik yeni dünya müharibəsinə gətirib çıxara bilərmi?  

Mövzu barədə Modern.az saytına danışan politoloq Qabil Hüseynli bildirib ki, üçüncü dünya müharibəsinin başlaması ehtimalları güclü olsa da, bu real deyil. Ekspert fikrini belə əsaslandırıb:  

“Üçüncü dünya müharibəsi versiyaları mövcuddur. Lakin yeni dünya mühaibəsi üçün ortada eyni hərbi potensial qarşı-qarşıya dayanmalıdır.

Ortada isə NATO-nun timsalında bir supergüc var. Bir də özünü süni surətdə fövqəlgüc səviyyəsinə qaldırmaq istəyən Rusiya mövcuddur. Amma Rusiyanın arxasında iqtisadi və hərbi faktorlar dayanmır. Belə olan şəraitdə üçüncü dünya müharibəsi baş verə bilməz”.  

Ekspert bununla belə lokal toqquşmaların ola biləcəyini və bunun regionda nüvə slahlarının işlənməsinə gətirib çıxaracağını istisna etməyib:

“Lokal toqquşmalar miqyası elə də böyük olmayan nüvə qarşıdurmaları, nüvə müharibəsi yarada bilər. Amma məsələnin böyüyüb dünya müharibəsi səviyyəsinə çatdırılmasına imkan verməzlər”.  

Qabil Hüseynli onu da əlavə edib ki, nüvə müharibəsi başlasa belə, ABŞ bunu lokallaşdıracaq:  

“Çünki Amerikanın nüvə qalxanı Rusiyanı istədiyi səmtə ballistik raket göndərməyə imkan verməz”.  

Qeyd edək ki, Rusiya və İran Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir.  

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!