Modern.az

Koreya lideri bölgələrə şəxsi tualeti ilə gedir

Koreya lideri bölgələrə şəxsi tualeti ilə gedir

Dünya

13 Noyabr 2015, 16:17

 

Şimali Koreya lideri Kim Çen In bölgələrə səfər edən zaman şəxsi mobil tualeti də özü ilə götürməyi unutmur.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc liderin ayaqyolusu onu müşayiət edən avtomobillərdən birində yerləşdirilir.

“Tualetlər Kim Çen Inın şəxsi nəqliyyatında deyil, həm də dağlıq bölgələrə səfər etdiyi zaman xüsusi maşınlarda daşınır. Maşın karvanı bir neçə avtomobildən ibarət olduğu üçün tualetin onlardan hansında olduğunu müəyyən etmək çətindir”- deyə diktatorun yaxın ətrafındakı mənbə Cənubi Koreya mətbuatına danışıb.  

Digər bir məlumata görə Kim Çen Inın səyyar tualetindən istifadə edən şəxsi ciddi cəza gözləyir.    

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?