Modern.az

İŞİD-in öldürdüyü qadınların basdırıldığı kütləvi məzarlıq tapılıb

 İŞİD-in öldürdüyü qadınların basdırıldığı kütləvi məzarlıq tapılıb

Dünya

14 Noyabr 2015, 23:51

 

İraq Kürdüstan Regional Rəhbərliyinin (KBY) rəsmiləri Sincar  yaxınlığında İraq-Şam İslam Dövləti (İŞİD) terrorçularının öldürdüyü yezidi qadınların basdırılmış olduğu bir kütləvi  məzar olduğunu açıqlayıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə KBY Təhlükəsizlik Şurası rəsmiləri məlumat verib. Məlumata görə kütləvi məzarda, yaşları 40 ilə 80 arasında olduğu təxmin edilən 78 qadın cəsədi tapılıb.

Yezidi kürdlərin yaşayış yeri olan Sincar dağı və ətəyindəki Sincar qəsəbəsi, 2014-ci ilin iyun ayında İŞİD tərəfindən ələ keçirilib, 5 minə qədər kişi və yüzlərlə qadın öldürülüb, minlərlə qadın və gənc qız əsir alınıb. KBY peşmergə qüvvələri ötən həftənin əvvəllərində 7 500 nəfərlik bir qüvvə ilə koalisiya təyyarələrinin hava bombardmanı dəstəyi ilə başladıqları əməliyyat ilə Sincar qəsəbəsini və bölgəni İŞİD-in əlindən alıb.  

 

Modern.az  

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!