Modern.az

Koalisiya Əsədin hərbi düşərgəsini vurdu: 4 əsgər öldü

Koalisiya Əsədin hərbi düşərgəsini vurdu: 4 əsgər öldü

7 Dekabr 2015, 13:38

ABŞ liderliyindəki koalisiya güclərinə aid döyüş təyyarələri Suriya ordusunun Deyr əz Zordakı hərbi düşərgəsini vurub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, hadisə zamanı 4 Suriya əsgəri ölüb.

Məlumatda qeyd edilir ki, İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının nəzarətindəki bölgəyə təxminən 2 kilometr uzaqlıqdakı düşərgənin bombalanması nəticəsində 13 əsgərin də yaralandığı bildirilir.

Açıqlamada İraq və Suriyadakı İŞİD hədəflərini bombalayan koalisiya güclərinin ilk dəfə rejim əsgərlərini öldürdüyü qeyd edilir.

Suriyanın Xarici İşlər Nazirliyindən də bununla bağlı açıqlama verilib. Nazirliyin açıqlamasında ABŞ liderliyindəki koalisiyaya aid 4 təyyarənin bazar günü Suriya ordusuna aid hərbi düşərgəyə 9 mərmi atdığını, 3 əsgərin öldüyünü, 13 əsgərin də yaralandığını bildirilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü