Modern.az

İŞİD Səudiyyə Ərəbistanının hücumla hədələdi

İŞİD Səudiyyə Ərəbistanının hücumla hədələdi

Dünya

6 Yanvar 2016, 14:00



İraq-Şam İslam Dövləti (İŞİD) 43-ü “Əl-Qaidə” yaraqlısı olmaqla 47 adamı edam edən Səudiyyə Ərəbistanını, “Əl Qaidə”çilərin saxlanıldığı həbsxanalara hücum etməklə hədələyib.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, “Əl-Qaidə” və İŞİD-çilərin saxlanıldığı Əl Hair və Tarfiya həbsxanalarının adlarını çəkən terror təşkilatının təhdidində deyilir:

“Hər vaxt məhkumları sərbəst buraxmağa çalışırıq, amma məhkum probleminin həll edilməsi, tiran rəhbərliyi ortadan qaldırılmadan, həbsxanalar yıxılıb yerlə bir edilmədən mümkün görünmür”.

  Səudiyyə Ərəbistanının ötən həftənin şənbə günü 47 adamı edam etməsi ciddi etirazlara səbəb olub, şiə din adamı Nimr əl-Nimrin edamı isə İranı ayağa qaldırıb.  

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!