Modern.az

Yol polisi Baş nazirin arvadını cərimələyib

 Yol polisi Baş nazirin arvadını cərimələyib

Dünya

28 Yanvar 2016, 00:33

 

Baş nazirin arvadı yol hərəkəti qaydalarını pozaraq telefonla danışdığına görə cərimələnib. Modern.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, Kiyev yol patrul xidmətinin polis əməkdaşları baş nazir Arseni Yasenyukun arvadı Tereziya Yasenyuku avtomibili idarə edən zaman telefonla danışdığı üçün 425 qriven – təqribən 17 dollar həcmində cərimələyib. Baş nazirin arvadı cəriməni elə yerindəcə örəyib.  

Qeyd edək ki, 2015 -ci ilin dekabrında isə Çeçenstanın rəhbəri Ramzan Kadırov ailəsi ilə avtomobildə gedərkən təhlükəsizlik kəmərini taxmadığına görə cərimələnib. O da cəriməni yerindəcə ödəyib.  

Xatırladaq ki, 2015-ci ilin dekabrında Polşa prezidenti Anjey Duda maşınını düzgün parkovka etmədiyi üçün cərimələnmişdi.

Baxmayaraq ki, o özü xidməti Limuzindən istifadə edir. Ancaq Krakovda evinin qarşısında ona məxsus qırmızı golf maşını düzgün parkovka edilmədiyindən polis cərimə yazıb.

Verilən məlumata görə, sonradan rəsmi məlumatda deyildi ki, ola bilsin maşını prezidentin ailə üzvlərindən biri parkovka edib və bu zaman qaydanı pozub...  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü