Mardinin Nusaybin rayonunda terrorçular əl istehsalı olan partlayıcını zirehli maşının keçidi zamanı partladıblar. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, partlayışda 1 əsgər şəhid olub, 9 əsgər yaralanıb.
Məlumatda qeyd edilir ki, rayonun Dəclə məhəlləsində əməliyyata çıxan təhlükəsizlik qüvvələrinin zirehli maşınla keçidi zamanı partlayış törədilib. Yaralı əsgərlər arasında vəziyyəti ağır olanların da olduğu da bildirilir.
Modern.az