Modern.az

Əli Nağıyevə general-leytenant, Vilayət Eyvazova general-polkovnik rütbəsi verildi

Əli Nağıyevə general-leytenant, Vilayət Eyvazova general-polkovnik rütbəsi verildi

Ölkə

27 İyun 2019, 19:22

Azərbaycan prezidenti İlham Əliyev ali hərbi rütbələrin verilməsi haqqında yeni sərəncam verib. Modern.az xəbər verir ki, İlham Əliyev Vilayət Eyvazova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilsin.

 

Azərbaycan prezidenti digər sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilsin.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!