“Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılması nəzərdə tutulur”.
Modern.az xəbər verir ki, bu barədə AzTV-də çıxış edən Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov qeyd edib ki, Operativ Qərargah bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması qənaətinə gəlib: "Operativ Qərargah karantin rejiminin uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edib. Biz karantin rejiminin əlavə 2 həftə uzadılmasını nəzərdə tutmuşuq. Buna məcburuq".