Modern.az

Onlayn nəzirlərə kim nəzarət edəcək, hara xərclənəcək... - Şeyxin deputat qardaşından AÇIQLAMA

Onlayn nəzirlərə kim nəzarət edəcək, hara xərclənəcək... - Şeyxin deputat qardaşından AÇIQLAMA

Ölkə

28 Yanvar 2022, 12:05

Azərbaycanda artıq nəzirləri onlayn formada vermək mümkün olacaq.

 

Belə ki, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində öz əksini tapıb. Bununla da dini qurumlar ianə vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcəklər. Dəyişikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcəklər.

 

Burada diqqət çəkən əsas məsələ isə ianələrin harada istifadə olunacağı ilə bağldır. Yəni ianə verən şəxs həmin vəsaitin hara xərcləndiyini necə biləcək? İndiyə kimi nəzir qutularına yığılan vəsaitin aqibəti bilinmədiyi kimi, onlayn ianələrin də sərf olunacağı işlər qaranlıq qalacaq?

 

Məsələnin təfərrüatlarını Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavaşir Paşazadə Modern.az-a şərh edib.

 

O qeyd edib ki, mənimsənilmənin olmaması üçün mərkəz yaradılacaq:

 

“Qanunda "nəzir" sözü yoxdur, bu "ianə"dir. Təklif qəbul olunarsa, ianələrin ödənilməsi onlayn şəkildə baş tutacaq. Təbii ki, dəyişiklik qəbul olunduqdan sonra verilən ianələrə nəzarət məqsədi ilə mərkəz yaradılacaq. Bu məsələyə nəzarət mexanizmini də Dini Komitə həyata keçirəcək.

 

Düzdü, əvvəllər nəzir qutuları vardı və onların aqibəti insanlara məlum deyildi. Bu yeni təcrübədir, hansı formada olacaq bilinmir. Bunu zaman göstərəcək".

Deputat ianələrdən məscidlərin, ziyarətgahların tikintisində istifadə olunacağını vurğulayıb:

 

"İanə nə deməkdir? İanə böyük vəsaitlə kiməsə yardım etməkdir. Nəzirlərin onlayn formada ödənilməsinə keçmək, həm də xaricdən olunan ianələrin mənimsənilməsinin qarşısını almaq məqsədi daşıyır.

 

Bu ianələr məscidlərin, ziyarətgahların tikilməsinə, yardıma ehtiyacı olan insanlara kömək etmək məqsədilə istifadə olunacaq. Təklif qəbul olunsa, icra ediləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir