Modern.az

Bakı Tekstil Fabriki: Maska istehsalını dayandırmışıq

Bakı Tekstil Fabriki: Maska istehsalını dayandırmışıq

Ölkə

30 İyun 2022, 13:32

“Tibbi maska istehsalını demək olar ki, dayandırmışıq”.

 

Bunu Modern.az-a açıqlamasında Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva deyib.

 

O, Azərbaycanda tibbi maskaya təlabatın kəskin azaldığını bildirib:

 

“Digər məhsulların istehsalına keçmək üçün layihə hazırlayırıq. İstehsalat sirri olduğundan bu barədə məlumat verə bilmərik. Ancaq bir neçə ay ərzində yeni layihəni təqdim edəcəyik. Ümumilikdə isə maska istehsalını demək olar ki, dayandırmışıq. Hazırda iki avadanlıqda istehsal qalır. İşçilərimizi başqa sahələrə transfer etmişik,  işdən çıxarmamaq üçün onlara yeni sahələri öyrətmişik”.

 

Xatırladaq ki, Azərbaycanda bu ilin mayın 1-dən etibarən tibbi maskadan istifadə tələbi ləğv olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı