Modern.az

Martın 24-dək hava belə olacaq - PROQNOZ

Martın 24-dək hava belə olacaq - PROQNOZ

20 Mart 2023, 15:13

Bayram günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb.

 

Modern.az Milli Hidrometeorologiya Xidmətinə istinadən regionlarda gözlənilən hava proqnozunu təqdim edir:

 

Qəbələ rayonunda

Martın 21-dən bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 13-16° isti olacaq.

 

Şahdağda

 

Gün ərzində arabir yağıntılı olacağı, 21-i gündüz, 22-si gecə və səhər arabir qara keçəcəyi, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 0-3° isti olacaq.

 

İsmayıllı rayonunda

 

Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-15° isti olacaq.

 

Lənkəran rayonunda

 

Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.

 

Şəki rayonunda

 

Hava əsasən yağmursuz olacaq. Lakin 21-i gündüzdən 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir