Modern.az

Laçında Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin lövhələri asıldı

Laçında Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin lövhələri asıldı

Ölkə

28 May 2023, 16:14

Mayın 28-də Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışı olub.

 

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

 

Dövlət başçısına küçələrdə görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, Xosrov bəy Sultanov küçəsinin uzunluğu 1329 metr, eni 12 metr olacaq. Zəngəzur küçəsinin uzunluğu 2142 metr, eni isə 10 metr təşkil edəcək. Küçələrdə aparılacaq yenidənqurma işlərindən sonra burada zəruri infrastruktur yaradılacaq.

 

Prezident İlham Əliyev küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtüyü götürüb.

 

Küçə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Laçın şəhərində inşa olunan kotteclərə baxıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı