Modern.az

Moskvada ölənlər arasında azərbaycanlılar da var? - RƏSMİ

Moskvada ölənlər arasında azərbaycanlılar da var? - RƏSMİ

Ölkə

23 Mart 2024, 09:36

Moskva vilayətində “Crocus City Hall” əyləncə mərkəzində baş vermiş terror aktında ölən və ya yaralanan Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparılır.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, hələ ki, dəqiq məlumat yoxdur.

 

Xatırladaq ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, saat 10-da (Bakı saatı ilə 11) şəxsiyyəti müəyyən edilmiş ölənlərin siyahısı açıqlanacaq.

 

Ötən axşam Moskvadakı “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 70-dən çox adam ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır