Modern.az

"20 Yanvar"da Rəsulzadənin sözləri olan lövhə bu səbəbdən sökülüb

Ölkə

1 Aprel 2024, 17:36

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha" enməz yazılan lövhənin sökülməsi barədə xəbərlər yayılıb. Sözügedən lövhə "20 Yanvar" dairəsi kimi tanınan ərazidə yerləşən binanın üzərində yerləşdirilmişdi. Lövhənin altında isə Azərbaycan bayrağı var idi.

 

Yayılan fotolarda həm yazının, həm də bayrağın götürüldüyü görünür. Qeyd edək ki, sözügedən bina 1993-cü ildə tikilib və Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi kimi fəaliyyət göstərir.

 

Modern.az məsələni dəqiqləşdirmək üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edib.

 

Qurumdan saytımıza verilən açıqlamada bildirilib ki, yazı və bayraq təmir işləri ilə əlaqədar götürülüb. Təmir işləri başa çatdıqdan sonra onlar öz yerlərinə bərpa ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir