Modern.az

Taksi fəaliyyəti üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır - AYNA

Taksi fəaliyyəti üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır - AYNA

Ölkə

3 Aprel 2024, 12:00

1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

 

Bildirilir ki, vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, 3 illik icazə ala biləcək. Bu halda rəng tələbi tətbiq edilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir