Modern.az

Qanunsuz taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - Rəsmi AÇIQLAMA (VİDEO)

Qanunsuz taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - Rəsmi AÇIQLAMA (VİDEO)

Ölkə

19 Aprel 2024, 12:51

Bakıda qanunsuz fəaliyyət göstərən taksilərin kütləvi şəkildə cərimə meydançasına aparılması ilə bağlı iddialar yayılıb.

 

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə taksi avtomobillərinin kütləvi şəkoldə yol polisi tərəfindən cərimə meydançasına aparılması ilə bağlı video paylaşılıb.

 

Videoda üzərində reklam olan avtomobillərin müvafiq sənədinin olmadığı üçün Yasamal rayonu Salamzadə küçəsində yerləşən DYP-nin duracağına yerləşdirildiyi deyilir.

 

Mövzu ilə bağlı Bakı Şəhər DYP İdarəsi də məlumat yayıb. Qurumda saytımıza verilən açıqlamada deyilir ki, sözügedən videonu çəkən şəxsin avtomobilinin üzərində ötən ilə aid ödənilməmiş cərimə borcları olduğu üçün mühafizə olunan duracağa yerləşdirilib.

 

“Bununla yanaşı, inzibati icraat zamanı sürücü müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitəsində reklamın yayılması və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün də inzibati məsuliyyətə cəlb edilib”, - qurumdan bildirilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir