Modern.az

Samuxda narkotik istifadə edən sürücü saxlanıldı

Samuxda narkotik istifadə edən sürücü saxlanıldı

Aktual

15 May 2024, 07:54

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Xəzər” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

 

Məlumata görə, sürücü F.Nadirov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.

 

Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı digər yol hərəkəti qaydalarını pozan daha 22 sürücü barəsində inzibati protokol tərtib edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi