Modern.az

Şuşa şəhəri haqqında qanun layihəsi QƏBUL OLUNDU

Şuşa şəhəri haqqında qanun layihəsi QƏBUL OLUNDU

Parlament

31 May 2021, 11:36

Milli Məclisdə Şuşa ilə bağlı qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.

 

Modern.az-ın məlumatına görə, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

 

Qanun layihəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılması, Şuşa şəhəri Dövlət Qoruğunun qorunması və bərpası üçün xüsusi Fondun yaradılması, Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilməsi kimi məsələlər nəzərdə tutulur.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!